12 Aprel 2023 15:42
2 937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruz etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Şəfəqə Novruzova sosial şəbəkədə video paylaşaraq bu sözləri qeyd edib:

"Atamın dünyasını dəyişəndən bir həftə sonra beynimdən özümü necə cəzalandıra bilərəm deyə düşündüm. Ac qalmaq istədim, gücüm yetmədi, ölmək istədim, cürət edə bilmədim, yəqin qorxağam. Özümə cəza vermək, incitmək məqsədi ilə saçlarımı kəsdim. Bunu özümə ağır cəza kimi düşünürəm, çünki məni gözəl göstərən saçlarım idi.

Bir şeyə şok olmuşam, demək olar ki, saçımda ağ tük yox idi. İndi gördüm ki, saçlarım ağappaq olub. Videonu ona görə paylaşdım ki, məni birdən-birə belə görüb, qorxmayın, gülməyin. Çünki hər dəfə başı bağlı gəzə bilməyəcəm. Bu da keçər".

Qeyd edək ki, Ramiz Novruz yaxın günlərdə mədə xərçəngindən dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər