1 May 2023 18:13
2 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur cütlüyü Neslihan Atagül həyat yoldaşı, aktyor Kadir Doğulu ilə Bakıda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüşüblər.

Teleqraf.com xəbər verir ki, Kadir Doğulu ilk dəfə şəxsi həyatı haqqında suala cavab verib:

"Sual verə bilərsiniz ki, bu qədər şər-böhtana rəğmən necə həyat yoldaşı ola bilirsiniz? Doğru və səhv demədən ortada yayılan silsilə xəbərlər, niyə mənim anam və atamın münasibətini korlayanlar sizin aranızı poza bilmir. Niyə dostumla yaxınlaşdığım zaman sevgilim qısqanır və məni tərk edir. Soruşa bilərsiniz ki, siz necə bir-birinizi tərk etmirsiniz".

Qeyd edək ki, Kadir Doğulu bir neçə gün öncə məkanların birində bir xanımla səmimi görüntülənmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər