4 May 2023 11:16
4 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Niyam Salami mərhum xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü Hüseynovanı restoranında işə dəvət etməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Niyam Salami yutubda yayımlanan “Astar TV”də bu sözləri deyib: “Gülüyə zəng etdim, ağladı. Dedi, səndən başqa heç kim zəng etmir. Yasamalda yerləşən evinə getdim. Yaxşı binada yaşayır. Evində hər şey var. Gördüm ki, depressiya yaşayır. Soyuducuya da Rəmişin şəkilini yapışdırıb. Soyuducunu açdım, “bilinçik”, şor və ətə qədər var.

Soruşdum ki, bunları nə edirsən, restoranda işləyirsən? Cavab verdi ki, şükür Allaha, hər şey var. Ona dedim ki, səndən bir xahişim var. Səni harasa çağırsam gedərsənmi? Cavab verdi ki, gedərəm. Beləliklə onu restoranıma işə götürdüm. Qadınları bir yerə topladım və Gülüyə dedim ki, onlara nəzarət et. Allaha dua edirəm ki, Gülünü evdən çıxara bilmişəm”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər