Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün dəfn olunacaq.
Mədəniyyət Nazirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, Çingiz Aslanov saat 14:00-da Təzə Pir Məscidindən Yasamal qəbiristanlığına son mənzilə yola salınacaq.
Məsələ Mədəniyyət Nazirliyinin diqqətindədir, dəfnlə bağlı bütün məsələlər üzrə tərəfimizdən kömək göstərilib.
Əlavə olaraq qeyd edək ki, məsələ ilə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov məşğul olur. Dəfnlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının və Yasamal rayon İcra Hakimiyyətinin diqqətindədir.