Türkiyəli bəstəkar və müğənni Mustafa Sandal Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, “Event Office”in təşkilatçılığı ilə Bakıda baş tutan konsertində ifaçı “Aya benzer”, “Araba”, “İsyankar” və s. kimi məşhur mahnılarını səsləndirib.
"Bakı ikinci şəhərimdir” deyə konserti başlayan sənətçi sonda "Məni yenə Azərbaycana çağırın" deyərək proqramı bitirib.