17 May 2023 14:27
2 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva polis orqanına ərizə ilə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib.

"10 gündür səhifəmdə çox sayda neqativ, tənqidi mesaj və şərhlər görürəm. Onlardan birini seçdim və ərizə yazıb polisə şikayət etdim. Şəxsən tanış olmaq, dərdini bilmək istəyirəm. Beş il öncə də belə bir hadisə yaşanmışdı. Polis həmin şəxsi tapıb gətirmişdi. Görüş nəticəsində ağlayaraq fanatımız olduğunu dedi. Hətta hicablı, dindar bir qadın idi. Başa düşürəm, bu aralar bir az daha aktivəm, amma bunun sizi niyə narahat etdiyinin dərinliyinə kimi bilmək istəyirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər