Reper Dado (Səid Əliyev) MTV Azərbaycan kanalında keçmiş həyat yoldaşı, müğənni Natavan Həbibi ilə münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, Dado münasibətinin yaxşı olduğunu deyib:
"Natavanın ailəsi ilə münasibətim yaxşıdır. Natavanın anası da, bacısı da oğlumu padişah balası kimi böyüdürlər. Mən onların qarşısında baş əyirəm. Öz aramızda nə olub-olmayıb, onu kənara qoyuram. Tez-tez onlara gedib-gəlirəm. Arada sıxıntılar oldu, sonra bir-birimizi başa düşdük. Sonunda hər kəs öz yerinə döndü".
Reper aparıcının "Natavan Həbibi ilə hər hansı probleminiz yox idisə, üçüncü şəxsin müdaxiləsi vardımı" sualına cavabda deyib: "Kənar şəxslərin də müdaxiləsi vardı. Ümumiyyətlə, sonda onu başa düşdük ki, evlənmək bizim kimi insanlar üçün deyil".