22 İyun 2023 21:25
1 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılova yutub kanalında yayımlanan "Qırmızı" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova həbsdə olan Təranə Səmədova ilə münasibətindən danışıb:

"Həyatda çətinlik görmüş qadın, ana kimi heç vaxt yıxılan qadınların arxasınca danışmaram. Hər bir qadının güclü və xoşbəxt olması üçün onların söykənəcəyi bir dayağı ata-ana, ona güc verən varlıq olmalıdır. O olmayanda insan yaşayış tərzini dəyişir, yolunu azır. Yenə də onu yolundan döndərən kimsə olmalıdır. Mən də çox yıxılmışam. Bəlkə də mən qalxa bilməsəydim, bu gün Rəqsanə olaraq tamaşaçı qarşısında oturmazdım. Mən də çox şeylərdən keçmişəm. Düşünürəm ki, Təranə Səmədova zəifliyindən bu həyatı yaşayır. İkinci dəfə həbsxanaya düşməmişdən əvvəl onunla barışmamışdım, sadəcə məndən kömək istəmişdi. Mən də qəbul etmişdim. Hətta onunla danışanda ağlamışdım. Təranənin qızları altı aydan çoxdur ki, yanımda idilər. Adeli iki-üç həftə olar ki, uşaq evinə yerləşdiriblər. Çünki onun yaşı az olduğu üçün Azərbaycan qanunları icazə vermir, uşağı qanunsuz olaraq yanımda saxlayım. Əslində, böyük qızı da uşaq evinə yerləşdirilməli idi. Sadəcə uşağın öz istəyi ilə evimdə qaldı. O, ağladı ki, uşaq evinə getmək istəmir. Burada Təranəyə sadəcə bir söz deyəcəm, ağıllı olsa və dediklərimi eşitsə, Azərbaycan qanunlarına riayət etsə, mənimlə birgə ona köməklik etmək istəyən bir çox xanımlar var. Hamısı mənimlə danışmışdılar. Sadəcə olaraq sakit otursa, övladlarına görə, uşaqlarının bəlli yaşına qədər çöldə onların yanında qala bilər. Amma sakit otursa..."

İfaçı Təranə Səmədovanın böyük qızı Suelin anasından imtina etməsinə də münasibət bildirib: "Buna çox pis baxıram. Mən də, Aysun da o uşaqla danışırıq. Ona deyirəm ki, qızım, hər şeyi Allah görür. Üç ildən sonra 18 yaşı olacaq. 18 yaşından sonra özü hər şeyi danışacaq. Bu gün ondan istifadə edib efirlərə çıxarardım, amma etmərəm. O, uşağın gələcəyi var. İstəyərəm ki, xoşbəxt olsun. Onun ailəsi olsun. Həqiqətən də nümunəvi övlad olsun. Elədir də. Çox savadlı uşaqdır, ağıllı qızdır. Bacısına baxırdı, sanki bu yaşında daha çox böyüyüb. Bir müddət ana-bala arasında söz-söhbətləri olub. Təranənin çətinlikləri olub. Onu vurubmu?! O məqamları bilmədiyim və Təranənin yanında olmadığım üçün uşağın sözünə baxıb, haqqında yalandan danışa bilmərəm. Uşaqdır bəlkə evimdə rahatlıq görüb və ona görə də anasını istəmir. Ona dəfələrlə deyirəm ki, anan səni vursa da, söysə də, o, sənin anandır, səni dünyaya gətirib, doqquz ay bətnində gəzdirib. Sən dünyaya gələnə qədər ananın övladı yox idi. Övlad üçün çox əziyyət çəkib. Ona görə də sən hər zaman anana sahib çıxmalısan".

Rəqsanə İsmayılova xalq artisti Aygün Kazımovanın illər əvvəl övladının doğum gününə qonorarla gəldiyini də etiraf edib: "Aysunun beş yaşı olurdu. Pulunu verdim gəldi. Həmin vaxt Azərbaycanda təzəcə tanınırdım. Mən o, insanı tanımırdım, deyim ki, ad gününə həm qonaq dəvət etdim, həm də oxudu. Mən niyə yalan danışım? Oğlumun isə kiçik toyuna gələn müğənnilər qonorarını deməmişdilər. Fazil müəllim, hər kəsə 5000 manat verdi. Bu, Fazil müəllimin istəyi idi. Amma mən sənət aləmindən pul almaram".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər