Aparıcı Xoşqədəm Hidayətqızı ilə həyat yoldaşı, müğənni Doğuş barışıblar.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı sosial media hesabında Doğuşu doğum günü münasibəti ilə təbrik edib:
"Doğum günün mübarək, əzizim Doğuş. Hər zaman uşaqlarının, ailənin və sevənlərinin qürur mənbəyi olasan".
Qeyd edək ki, Türkiyə mediasında cütlüyün ayrılıq qərarı aldığını açıqlamışdı. Cütlük doqquz ildir evlidirlər və onların Arda və Arın adlı əkiz övladları var.