3 İyul 2023 13:56
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı ad günü münasibəti ilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, Emin Ağalarov sosial media hesabında Leyla Əliyeva, əkizləri Əli və Mikayıl, qızı Əminənin yer aldığı fotosunu paylaşaraq təbrik ünvanlayıb.

"Leyla, ad günün mübarək. Verdiyin istiliyə, hər gün etdiyin yaxşılıqlara və möhtəşəm övladlarımıza görə çox sağ ol. Xoşbəxt ol", - deyə qeyd edib.

Qeyd edək ki, Leyla Əliyeva və Emin Ağalarovun əkiz oğulları var.


Müəllif: Rəqsanə Həsənova