Müğənni Nura Suri Dənizkənarı Bulvar İdarəsinə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Nura Suri Dənizkənarı bulvarda rahat gəzməyin mümkünsüz olduğunu bildirib.
"Artıq skuterlər, velosipedlər və onları idarə edən, insanların üstünə şütüyən məxluqların əlindən bulvarda addım atmaq mümkün deyil. Bulvarda 1 stəkan çay sata bilməzsiniz, anında gəlib başınızın üstünü kəsdirərlər.
Skuterlər yenə icarəyə verilir (guya qadağan olunmuşdu). Qoyulan qadağa işarələrinə baxan yoxdur. Deməli, Bakıda dənizi zəbt edib pul qazanırlar, hər yerdə pullu plyajlardır, bulvarda kafe əlindən yer yoxdur, bunlar yetməyib, skuterdən də qazanırlar. İnsanlar nə etsin? Bu şəhərdə kasıblar yaşamasın? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar. Gündə yolları bağlıyıb, insanlara tıxaclarda saatlarla əziyyət verirsiniz, pulsuz avtomobili heç yerdə saxlaya bilməzsiniz, heç kəs - öz həyətində də (anında “parkovşik” adıyla gəlib, 2 manatınızı alırlar).
İnsanlara rahat yaşamaq üçün şərait yaradın, olmaz belə, Dənizkənarı Bulvar İdarəsi".