Türkiyənin tanınmış aktyorlarından olan Kərəm Bursin 3 ildir həmkarı Kıvanç Tatlıtuğla çalışan markanın yeni reklam üzü olub.
Teleqraf.com xəbər verir ki, "Kanal D"də yayımlanan "Şərəf Məsələsi" serialının baş rol ifaçısı Kərəm yaraşıqlılığı və xarizması ilə bir müddətdir Tatlıtuğa rəqib göstərilir.
Bursin reytinqlərdə olduğu kimi reklam sahəsində Kıvaçı təqdib edir.
3 ildir Tatlıtuğ ilə işləyən "Mavi" markası artıq yeni sezondan reklam üzü olaraq Bürsini seçib. O, reklam çəkilişindən 800 min TL (təxminən 280 000 azn) alacağı bildirib.
Rüstəm