Türkiyəli müğənni Mahsun Kırmızıgül Çeşmədə dostları ilə birlikdə ictimai nəqliyyatdan istifadə edib.
Teleqraf.com xəbər verir ki, Mahsun Kırmızıgül bu haqda sosial media hesabında məlumat verib.
"İçki içən dostumuzun avtomobilini idarə edərək onu evinə apardıq. Amma gecənin o saatında hotelə getmək üçün taksi axtardıq, tapa bilmədik. Avtobusa mindik, qısa bir şokdan sonra səmimi bir ortam yarandı. İnsanlar mahnı oxumağımı xahiş edincə, onları qırmadım. Birlikdə 20 dəqiqəlik xoş anlar keçirdik. Bu arada sürücüyə kömək də etdim".