Türkiyənin meqastarı Tarkan Bakıya gəlir.
Teleqraf.com xəbər verir ki, müğənni bu barədə sosial media hesabında paylaşım edib.
Sənətçi tezliklə “Baku Crystall Hall”da səhnəyə çıxacağını bildirib.
Müğənni konsertin tarixi və məkanı barədə məlumat verməyib.
Ən son 2017-ci ildə F1 çərçivəsində Bakıda konsert verən Tarkanın illər sonra Azərbaycanda ilk solo səhnəsi olacaq.
Qeyd edək ki, müğənni Qazaxıstan və Özbəkistanda da konsert proqramı ilə çıxış edəcək. Turneni Azərbaycana məxsus “İticket Production” şirkəti həyata keçirəcək.