18 Avqust 2023 14:32
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Daxili və xarici özgüvənim hər zaman olub. Səhnə olmasaydı yəqin ki, bu dəyişimlər də olmayacaqdı. Başqa səbəb yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu son zamanlar estetik əməliyyatları ilə gündəmə gələn müğənni Lalə Məmmədova sosial şəbəkə izləyicisinin "Əməliyyatdan sonra özgüvəniniz artıb?" sualına cavab olaraq deyib.

Müğənni şou-proqramlara getmədiyini də açıqlayıb:

"Artıq son beş ildir ki, restoranlarda keçirilən şou-proqramlardan imtina etmişəm. Yalnız konsertlərdə və toy məclislərində iştirak edirəm".

O qeyd edib ki, yaxın zamanlarda solo konsert verəcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər