“Qızıl qlobus” mükafatlandırma mərasimi ulduzların cəsur geyimləri ilə yadda qaldı. Sadəcə şıq görünməklə kifayətlənməyən bir çox xanım dekolteli və şəffaf geyimləri ilə gecəyə damğa vurdu.
Seksuallığını ön plana çıxaranlardan birincisi 45 yaşlı müğənni və aktrisa Cennifer Lopez oldu. Gənc ulduzları belə kölgədə qoyan Cey Lo həm qırmızı xalıda, həm də daha sonra təşkil edilən ziyafət mərasimində seksuallığı ilə hamının ağlını başından aldı.
Haydi Klum, Keyt Hadson kimi gözəllər isə dekolteləri ilə bütün nəzərləri üzərlərinə topladılar.
Ancaq “Victorias secret”in populyar mələyi Alessandrio Ambrossio gipürlü, şəffaf libası ilə gecənin ən seskual qadını olmağa layiqdir. Gözəlliyini nümayiş etdirməkdən çəkinməyən Alessandrionun seçdiyi rəng də uğurlu idi, modelə çox yaraşırdı.
Tabloid.az gecənin ən seksual libaslarını geyinən digər ulduzların da fotolarını təqdim edir:
Tabloid.az