1 Oktyabr 2023 20:27
1 704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serenay Sarıkayanın anası Umay Seyhanın yaxın qonşusu, aktrisa Cansu Tosunun evli atası Kənan Tosunla yasaq eşq yaşamağa başlaması Türkiyənin şou gündəmində son zamanlar ən çox müzakirə olunan mövzulardandır.

Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, Can Tosun atasının münasibəti ilə bağlı suala cavab verməkdən böyun qaçırıb.

“Peşəmi özüm seçmişəm, mənə bu haqda suallar verə bilərsiniz",- deyə bildirib.

Cansu Tosundan fərqli olaraq anası Serpil Tosun yaşananlara aydınlıq gətirib.

O iddiaları təsdiqləyib.

"Hər şey doğrudur, danışılacaq bir şey yoxdur. Onları Allaha həvalə edirəm",- deyə bildirib.

Serpil Tosunun baş verənlərdən sonra İnstaqramda "Bu Serenay da, anası da eyni yoldadır. Ev yıxanın evi olmaz. Narahat olma, su kimi qadınsan, şükür Allaha" şərhini bəyənməsi diqqət çəkib.


Müəllif: Pərvin Cəfərova