11 Oktyabr 2023 12:39
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən “Zübeydə, Analar və Oğullar” filminin Bakıda qala gecəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, filmdə baş rolları aktrisa Aslıhan Güner Kılıç, Emre Kınay, Turgay Tanülkü və Alican Yücesoy canlandırıb.

Ssenari müəllifi Murat Arslan tərəfindən yazılan “Zübeydə, Analar və Oğullar” filmi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə Zübeydə xanım arasındakı münasibətdən, Mustafa Kamalın liderlik hekayəsindən bəhs edir.

Türkiyənin Yunus Əmrə İnstitununun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç bildirib ki, “Zübeydə, Analar və Oğullar” filmi Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunduğunu, Türkiyənin ümummilli lideri Atatürk hansı mübarizələri apardığını, Türkiyə Cümhuriyyətinin hansı şəraitdə qurulduğunu, Atatürk və anası Zübeyde xanımdan bəhs etdiyini bildirib.

Səlçuk Karakılıç azərbaycanlı sənətsevərləri, Türkiyə tarixini və Atatürkün hekayəsini öyrənmək və bilmək istəyən universitet tələbələrini, Türkiyə ilə əlaqə yaratmaq istəyən bütün Azərbaycan xalqını filmə baxmağa dəvət edərək, Atatürkün mübarizəsinin Azərbaycan xalqına nümunə olacağını qeyd edib.

Atatürkün mübarizəsinin Azərbaycan gəncləri üçün örnək olacağını vurğulayıb.

"Zübeydə, Analar və Oğullar" oktyabrın 12-dən etibarən Bakıda bütün kinoteatrlarda yayımlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər