21 Oktyabr 2023 20:04
2 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Haqqımda yazılan xəbərlərin altında şərhlərdə təhqir, söyüş, şər və böhtan yazanların bir neçəsini şikayət etmişdim. Azərbaycan polisi sağ olsun şikayətimə baxıb, onları tapıb".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb:

"Üç gündür menecerimə zəng edir, ailəsi, özü üzr istəyir ki, şikayətimi geri götürüm. Mənim heç kəslə şəxsi qərəzliyim yoxdur, onları da tanımıram. Haqqımda, övladlarım haqqında şər-böhtan yazanda düşünərdiniz. Polisə gedib ərizə, izahat yazmışam. Polis cinayətkar axtarmaqdan klaviatura arxasında oturub, insanları söyən, şərləyənləri axtarıb. Siz də gəlib üzr istəyəcəksiz bitəcək? Yox elə bir dünya...

Bundan sonra haqqımda nəsə yazanda 10 dəfə düşünün. Birini də tutublar dəli çıxıb, hamıya yazırmış. Çox adam şikayət edib. İndi də dəlixanadadır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər