Müğənni Nazənin Salayeva “Xəbərin var?” verilişində həmkarı Təranə Qumral haqqında qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Nazənin bu sözləri deyib: "Onu başa düşmək lazımdır. Belə hallar ola bilər. İnsan yanıqlı qalıb. Xahiş edirəm, həyat yoldaşımın köhnə məşuqəsinin sözünü danışmayaq.
Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Tamaşaçıların yadına salmaq istəyirəm ki, həmin o qadın verilişlərin birində özünü yerə atmışdı. Bütün qurumlara müraciət edib deyirdi ki, kömək edin, Nazənin məni həbs etdirmək istəyir. Özünə güclü deyən xanım verilişlərə çıxıb, özünü yerə çırparmı?
Deyəsən, həmin xanımın o günlər yadından çıxıb. Bu tamaşaçıların yadındadır. “Yutub”dan, saytlardan xəbəri sildirməklə deyil. Əgər onun yaddaşı zəifdirsə, mən yadına sala bilərəm. Danışdıqca batacaqlar! Hələ mən o dərəcəyə çatdırmaq istəmirəm, özümə də ayıb bilirəm ki, bəzi məsələlərin üstünü açım.
Bu gün reklam və efirlərə çıxmaq xətrinə nə gəldi uydururlar. Birini infarkt edirlər (Təranə Qumralın həyat yoldaşı Musa Musayevin infarkt keçirdiyini nəzərdə tutur). And olsun Allaha, belə şeylər yoxdur. Bunların hamısı reklama görədir".