Mərhum xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruz ailəsində baş verənlərə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Cavidan Novruz İnstaqramda hekayə bölümündə bu sözləri yazıb: “Dostlar, artıq dərəcədə hər birinizdən xahiş edirəm ki, məni lazım olmayan qadın mövzularına qatmayın. Ümumiyyətlə, bu məsələlərin, ailəmə, həyat yoldaşım Mehin xanıma qətiyyən aidiyyatı yoxdur. Kiminsə həyatına qarışmırıq, heç kim də həyatıma qarışmasın. Mən sənət adamıyam, dünəndən çəkilişlərimdə, məşqlərimdəyəm. Heç nə də vecimə deyil və maraqlı da gəlmir. Kiminsə kimlərinsə hansısa probleminə cavabdeh deyiləm. Allah hər kəsə ürəyinə görə versin”.
Qeyd edək ki, Cavidin bacısı Şəfəq Novruz sosial media hesabında video paylaşaraq ad çəkmədən ailəsinə yaxın birinin ünvanına xoşagəlməz ifadələr işlədib. Həmin şəxsin Şəfəq Novruzun qardaşı Nəriman Novruzun həyat yoldaşı Aziza Novruzova olduğu iddia edilib.