18 Dekabr 2023 17:28
2 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elə deyil, haqsız danışırsınız. Dədəsinə 10 qəpik xeyri olmayan insanlar bu gün Azərbaycan televiziyalarında çalışan əməkdaşları aşağılamağa, onların ünvanına nalayiq sözlər deməyə başlayıblar. Nə istəyirsiniz?"

Teleqraf.com xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" verilişində ad çəkmədən həmkarı Kamran Həsənlinin ünvanına deyib:

"Kimsə pul qazana bilmirsə, çağıranı yoxdursa, veriliş vermirlərsə, bu, onun günahındır. Çünki bu adamın verilişlərinə baxılmır. Əgər verilişin baxılan olsaydı, sənə veriliş verib, başda oturdardılar. Bildiyim qədər səni toylara da çağıran yoxdur. Sən də həmkarlarını təhqir etməyə və ünvanlarına artıq-əskik sözlər deməyə başlamısan. Bu layiqli bir işdir?

Adama deyərlər, sən nə etmisən? Azərbaycan televiziya tarixinə hansı verilişi gətirmisən? Nə ilə yadda qalmısan? İki-üç əyalətdən gələn qadınları bir-birinə toqquşdurub, verilişində dalaşdırmaqdan başqa... Ondan başqa sənin hansı müəllif verilişin olub? İki müğənnini verilişə çağırıb dalaşdırmağa nə var ki...”

Qeyd edək ki, Kamran Həsənli bir neçə gün "Sabaha saxlamayaq" verilişində bu sözləri deyib:

"Deyirlər ki, yaxşı verilişlər edəcəyik, amma ona heç kim baxmayacaq. Televiziya rəhbərləri televiziyanın rəzil gününü millətin aşağı səviyyəsinə bağlayırlar. Bununla da, birbaşa milləti təhqir edirlər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər