20 Dekabr 2023 15:54
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İTV-də yayımlanan "Maska" şou haqda yazmaq istədim. Televiziyada yox, sosial şəbəkədə yayımlanan hissələri izləmişəm. Hələ ən yaxşı hissələri yəni... Müsbət tərəfləri öz yerində. Həqiqətən proqram yaxşı hazırlanır, maskalardan tutmuş çıxışlara qədər. İki məqam ürəyimcə olmadı".

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı İradə İsak sosial media hesabında "Maska" şou haqqında fikirlərini yazarkən bildirib:

"Verilişdə Nigar Camalın ekspert kimi iştirakı doğru deyil. Xanım "Avroviziya" qalibdir, bu öz yerində. Amma Azərbaycan musiqisindən, dilindən, ənənələrindən uzaq insandır. Onu az adam tanıyır. Əgər özləri demiş, məşhur xəfiyyələrin işi qəhrəmanın kimliyini tapmaqdırsa, bu iş qətiyyən onluq deyil. Hər dəfə digər iştirakçıların ağzından çıxanları təkrarlamaqla məşğul olur.

İştirakçıların yeri gəldi-gəlmədi, bu şounu keçirdiyi üçün İTV-ni, verilişi tərifləməsi, "bizdə də belə layihə çəkilir, ay aman" sözlərini hər dəfə qeyd etməsi sünilik yaradır. Bu, əziklikdən qurtulmaq gərəkdir... Maska nə İTV-nin layihəsidir, nə də burda qeyri-adi nəsə var. Beynəlxalq layihədir, pulu olan alır, alanla da şərt kəsirlər ki, layihənin mövcud standartlarından çıxmaq, keyfiyyəti aşağı salmaq olmaz. Vəssalam, yoxsa dərhal dayandırırlar.

Mən bir dəfə də elə bahalı layihəni gətirdiyi üçün Acun Ilıcalıya təşəkkür edən bir münsif görmədim. Artıq bu əziklik, yersiz tərif sindromunu bitirmək lazımdır. Qalan hər şey əladır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər