19 Yanvar 16:23
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova Xəzər rayonu Buzovna qəsəbəsinin bələdiyyəsinə müraciət edib.

Brilliant Dadaşova Teleqraf.com-a açıqlamasında qəsəbəki baxımsız yolların vəziyyətindən danışıb: “Hələ ki, sosial şəbəkə Buzovna qəsəbəsindəki yolların vəziyyəti haqqındakı paylaşımıma bələdiyyədən reaksiya gəlməyib. Biz Buzovna qəsəbəsinə köçəndə yollar normal idi. Sonra burada insanlar ev tikdirdilər və ...Təbii ki, bu onların da haqqıdır. Amma ağır yük maşınları gəldi-getdi. Yollar pis vəziyyətə düşdü. Mən səhər idman etməyi sevirəm. Gün ərzində saatyarım hərəkətdə oluram. Bu zaman ancaq palçıqlı yollarla hərəkət edirik. Çox çətindir”.

“Buzovna bələdiyyəsinə rəsmi müraciət etməyi düşünürsünüzmü” sualına Xalq artisti belə cavab verib: “Əslində, Buzovna bələdiyyəsinə rəsmi müraciət etmək haqqında düşünməmişdim. Amma bunu etmək lazımdır. Sadəcə sənətimlə bağlı o qədər qaçaqaçdayam ki, vaxtım olmur, studiya işləri, çəkilişlər və sair. Qəsəbədəki yollar bu dərcədə bərbad olmasaydı, heç vaxt sosial şəbəkədə paylaşım etməzdim. Onu da deyim ki, Buzovna bələdiyyəsini tərifləyirlər. Düşünürəm ki, yollarla bağlı müraciətimizi də eşidərlər”.

Qeyd edək ki, Brilliant Dadaşova rəsmi İnstaqram hesabında video paylaşaraq “Hörmətli Buzovna bələdiyyəsi, bizim tərəfin yollarına da baxın, zəhmət olmasa”, - deyə qeyd etmişdi.


Müəllif: Rəqsanə Həsənova