5 Fevral 14:52
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fatimə Fətəliyeva ilə məhkəmə bitib, mən qalib gəlmişəm. İş artıq Nərimanov rayon məhkəməsində icraatdadır. 50 min manatlıq təzminat davası açdım, dövlət isə buna qərar verir. Onun maddi gəlirini hesablayır və buna uyğun qərar çıxarır. Bu haqda danışmaq istəmirəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Rəngarəng səhər” verilişində şairə Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyeva ilə məhkəməsindən danışarkən deyib:

"Mən Fatimə Fətəliyeva ilə düşmən deyiləm. O mənə salam versə və evimdə çay da içsə yenə üzr istəyəcək. Artıq Fatimə Fətəliyevadan üzr istəməyi mən yox, qanun tələb edir. Bu, artıq bitmiş bir işdir, söhbət qanundan gedir. Fatimə sabah gəlib qapımı döysə, açmayacam? Mən mədəniyyətsizəm? Fatimə ilə üç dəfə barışmışam, özü gəlib barışıb.

Mənim heç kimlə problemim yoxdur. Fatimə indi canlı efirə zəng edib salamdan sonra üzr istəsə və desə ki, məni bağışla, əsəbi olmuşam, dediyimi də sübut edə bilmədim, qanun qarşısında acizəm, bununla da məhkəmə bağlanar. Əsas odur ki, üzr istəsin.

Üzr istəməsi isə telefonla yox, görüntülü şəkildə olmalıdır. Qanuna riayət etməliyik. Vaxtında Fatiməyə dedim ki, bütün hallarda üzr istəyəcəksən. Mənə meydan oxudu, indi də qanun ona meydan oxuyur".

Qeyd edək ki, Nazilə Səfərli məhkəmədə Fatimə Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Lakin Fatimə qarşı tərəflə yaşadığı qalmaqalda özünü haqlı bilərək Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsində də Nazilə haqlı çıxıb. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir.


Müəllif: Rəqsanə Həsənova