Aktyor Elşən Orucov "Ben Bu Cihana Sığmazam" serialında rol alacaq.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktyor serialda Qardaşovun (Ozan Akbaba) Rumıniyada gizli mərkəzdə saxlanılan qardaşı Rəşad obrazını canlandıracaq.
Aktyor Teleqraf.com-a açıqlmasında çəkiliş barədə danışıb: "Öncədən bu haqda danışmağa ixtiyarımız yoxdur. Serialda Rumıniyada gizli mərkəzdə saxlanılan Rəşad obrazını canlandırıram. Serialın sabahkı bölümündə məni izləyə bilərsiniz. Cəmi bir bölümdə yer almışam".
Oktay Kaynarca və Ebru Özkan Şabanın baş rollarını paylaşdığı serial Azərbaycanda da maraqla qarşılanır.