16 Fevral 12:38
2 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Gülay Zeynallı "Xəbərin var?" verilişində həyat yoldaşı, idmançı Kamil Zeynallı haqqında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, müğənni bu sözləri deyib: “Kamili də, məni də sevən insanlar çoxdur. Biz birlikdə olanda insanlar üçün çox maraqlı olur. Məsələn, qızım Sahilə dərsdən çıxıb atası ilə restorana yemək yeməyə gedəndə mən də işdən sonra onlara qoşuldum. Gördüm, ətrafdakı insanlar yeməyi bir kənara qoyub bizə baxırlar. İnsanlara maraqlıyıq. Belə şeylərdən xoşbəxt oluram. İnsanlar bizi sevir və bizə diqqət ayırırlar.

Biz birdən-birə bu yerə gəlməmişik. Çox böyük əziyyət çəkmişik. Əgər bugün bunun bəhrəsini görürüksə, bu bizə yalnız xoşbəxtlik verə bilər”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər