Məşhur aparıcı Ceyran Rəhimovanın ailəsinə ağır itki üz verib.
Aparıcı Teleqraf.com-a açıqlamasında bacısı Mehriban xanımın uzun sürən xəstəlikdən dünyasını dəyişdiyini deyib: "Qaraciyəri metastaz vermişdi. 10 gün içində onu itirdik. O, mənim anam idi. Mənə qarşı o qədər qayğıkeş, diqqətli idi ki... Adı kimi xarakteri də mehriban idi. Fevralın 12-də dünyasını dəyişdi. 56 yaşı vardı".
Qeyd edək ki, Ceyran Rəhimova AzTV-də yayımlanan “Sən bir nəğmə” verilişinin aparıcısı olub. Mehriban xanımın üç oğlu var.