13 Mart 21:05
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar-müğənni Murad Arif "Avroviziya 2024" Beynəlxalq Mahnı Müsabiqəsində ölkəmizi təmsil edəcək Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov haqqında paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Murad Arif sosial media hesabında bu sözləri yazıb: "Avroviziyada bizim builki təmsilçilərimizdən biri xanəndə İlkin Dövlətovdur. Buna sevinirəm. Ümidvaram ki, folklor "yamaq" kimi yox, təbii və yerində işlənəcək. Mahnını da ötən ilki kimi özümüz yazmışıq. Ümumiyyətlə, İTV son illər isveçli, norveçli, yunan bəstəkarlarının ayağını kəsib. Lap əla! Özümüz olaq. Pisiksə çox işləyək, düzələk, yaxşı olaq. Amma, özümüz olaq. Uğurlar Fəxri və İlkin. Doğma altı-yeddi ritmimizə "toyxana", "manısxana" deyənlərimiz də var. Ermənilər isə bu ritmi ikinci dəfədir ki, zurna-tütəklə Avroviziyaya çıxardır. Buna gecikdik...".



Müəllif: Rəqsanə Həsənova