17 Mart 13:04
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur model və aktrisa Kara Delevinin lüks malikanəsində yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, onun Los-Ancelesdə, Hollivud Hillsdə yerləşən 7 milyon dollarlıq malikanəsi yanıb.

Hadisə yerinə 94 təcili xidmət əməkdaşı cəlb olunub. Buna baxmayaraq, sahəsi 700 kvadratmetrdən çox olan binada alovları iki saatdan sonra söndürmək mümkün olub.

Hadisə zamanı xəsarət alanlar da olub. Yanğınsöndürənlərdən birinin pilləkənlərdən yıxılaraq yaralandığı, malikanədə olan bir şəxsin isə dəm qazından zəhərləndiyi bildirilib.

Yanğından sonra malikanə yararsız hala düşüb.


Müəllif: Teleqraf.com