23 Mart 17:29
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nisə Qasımova ATV-də yayımlanan "Zaurla günaydın" verilişində səhhətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Nisə Qasımova bu sözləri deyib:

"Müalicə zamanı məndə özgüvəni yaratdılar, psixoloji məsləhətlər və s. Daxilimdə düşünürdüm, ola bilər ki, bir daha danışa bilməyəcəm. Amma ümidimi də itirmədim. Xaraktercə heç vaxt naşükür insan olmamışam. Xərçəng xəstəliyi və insult keçirən zaman da naşükür olmadım. Dedim ki, şükür Allaha, yəqin ki, bu həyatda mənə böyük bir imtahan verir. Bu imtahandan da çıxmalıyam".

Qeyd edək ki, Nisə Qasımova xərçəng xəstəliyindən və insultdan əziyyət çəkib.


Müəllif: Rəqsanə Həsənova