19 İyun 14:57
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xalam qızı zəng etdi ki, Nigar, tövbə et. Çünki illərlə mübarizə apardın, çox istədin ailən, övladın olsun. Amma bəlkə də Allaha ağır getdi. Onsuz da o sənə ana deyir. Mənə çətin olsa da, tövbə etdim. Allahdan üzr istədim. Dedim, o uşağı istəmirəm, ay Allah"

Teleqraf.com xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova “Tarixin bir günü” proqramında övladlığa götürdüyü qardaşı qızından danışarkən deyib.

Onun sözlərinə görə, Nəfisə bir ildir nadir xəstəliyə yaxalanıb.

"Bu bizimlə bir ömür gedəcək. Müəyyən iynələr var idi ki, burada tapılmırdı, xaricdən gətirdik. Dörd həftədən bir iynə vuruldu. Artıq üç iynə qalıb. Ondan sonra altı aydan bir vurulacaq. Bilmədim, Allaha necə yalvarım ki, uşağım gözümün qarşısında əziyyət çəkməsin. Qərar verdim ki, ona bir də “uşağım” deməyəcəyəm. Dedim ki, ata-anasının xatirinə sağlamlığını özünə qaytar. Çünki bir neçə gündə o qədər pisləşmişdi. Artıq onu tanıya bilmirdim, şişməyə başlamışdı. Dedim, Allah, evimdən mənə çox doğma olan zinət əşyasını verəcəm. İndi də üzərimdədir, bəlli bir qiyməti var".


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər