2 İyul 17:26
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Damlanın (Məsumə Məmmədova) Güney Azərbaycanın Ərdəbil şəhərində konsert verdiyi salon möhürlənib.

Məsələ ilə bağlı Damlanın köməkçisi Şəhriyar Abışov Teleqraf.com-a açıqlamasında məsələyə aydınlıq gətirib:

"Hadisə iyunun 27-də baş verib. Damla xanım konsert üçün deyil, qadınlardan ibarət özəl məclis üçün Ərdəbil şəhərinə getmişdi. Gözəllik salonu isti olduğuna görə hicabı çıxarmışdı. Oraya Damla xanımla görüşmək üçün bir neçə fanatı gəlmişdi. O da fanatları ilə görüşən zaman hicabı gözəllik salonunda qalmışdı. Əslində, görüntülər bu gün yayılıb. Damla xanım hazırda Bakıdadır. İki dəfə İranda olmuşuq və ölkənin qanunlarına hörmət edib, riayət etmişik. Bu məsələdən sonra Damla xanımın qaldığı otel və gözəllim salonunun qapıları möhürlənib".

Qeyd edək ki, Damlanın Ərdəbildəki şadlıq saraylarından birində məcburi hicab qaydalarına riayət etmədən mahnı ifa etdiyi görüntülər yayılıb. Bu da İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər