8 İyul 18:16
3 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Miri Yusifin həyat yoldaşı Nərgiz Mirbabayeva "Xəzər" televiziyasında həyat yoldaşından danışıb.

Teleqraf.com xəbər verir ki, Nərgiz Mirbabayeva bu sözləri deyib: "Səhnə Miri Yusifin ikinci evidir. Evdə mükəmməl ata, həyat yoldaşı, səhnədə isə peşəkar, öz işini möhtəşəm həyata keçirən sənətçidir. Ən xoşbəxt dəqiqələri isə səhnədə olanda mən onu tamaşaçı kimi izləyirəm. Heç vaxt konsertlərində həyəcandan otura bilmirəm, həmişə ayaqqüstə dururam.

Miri Yusif mükəmməl bir atadır. Boş vaxtlarını uşaqları ilə keçirməyi çox sevir. Axşamlar ailəliklə bir yerə toplaşıb, çay içir və oyun oynayırıq. Evi təmir etməyi çox sevir. Ustaları başına toplayacaq, filan yeri sökəcək sair. Nə qədər deyinsəm də bu, kişi üçün çox gözəl bir xüsusiyyətdir. Əlinin çox gözəl dadı var. Məsələ, 8 Mart Beynəlxalq Qadınlar günündə bizim üçün mətbəxdə axşam yeməyi hazırlayır. Bu bizim ailədə adətdir.

Mən çox aktiv insanam. Miri Yusif məndən yorulur. Çox səbrli həyat yoldaşıdır. Mənin kaprizlərim daha çoxdur, nəinki onun. Miri Yusifin "Məktub" mahnısını çox sevirəm".

Qeyd edək ki, Miri Yusif və Nərgiz Mirbabayeva cütlüyünün üç övladı var.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər