16 İyul 13:00
7 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Sanura Cəfərova aktyor Hikmət Rəhimovun haqqındakı fikirlərinə reaksiya göstərib.

Aktrisa Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Qonorarın veriləcəyi ilə bağlı mənə heç kim müraciət etməyib. Mən tarix vermişəm - 22 iyul. Həmin tarixdə həm hüquqi müstvidə, həm də sosial şəbəkədə açıqlama verəcəm. Hələ ki dediyimi kimi, qonorarım təqdim edilməyib və heç kim mənimlə əlaqə saxlamayıb. Sponsorla bağlı problemin aktyora aidiyyəti yoxdur. Rejissor aktyorların qonorarını vermirsə, bu işi görməsin. "Apatiya 2"də çəkilən digər aktyorların da qonorarı verilməyib. Sadəcə, mən susmuram. Niyə haqqımı tələb etməməliyəm?!"

Aktrisa Hikmət Rəhimovun ondan DİN-ə şikayət etməsinə də mübasibət bildirib: " Xatırladım ki, "sənət əxlaqsızlığı" deyilən bir termin var. Əxalqsızlıq bilmirəm, onun anlamında nədir. Mən nə demişəmsə, sözlərimin arxasındayam. Qanun və xalq qarşısında heç bir səhvim yoxdur".

Qeyd edək ki, Hikmət Rəhimov saytımıza açıqlamasında aktrisadan hüquq-mühafizə orqanlarına şikayət etdiyini açıqlayıb: "Onun haqqımda dediyi "Əgər sənin "Apatiya 2" filmi zamanı mənə və komandanın digər üzvlərinə etdiyin haqsızlıq və əxlaqsızlıqla bağlı məsələlərin qabarmasını istəmirsənsə, çəkiliş meydançasındakı insanların haqqını ver" sözlərinə gəlincə, onun səviyyəsinə düşən deyilik və bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etmişik. Məsələ cənab nazir Vilayət Eyvazova məruzə olunub. Bu fikir həqiqətdirsə, isbat etsin".

Hikmət Rəhimov "Apatiya 2" filminin ssenari müəllifi və rejissorudur.





Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər