Nəsimi rayonunda Avropa Kino Akademiyasının üzvü rejissor Elvin Adıgözəli velosipedlə vurub qaçan şəxslər saxlanılıb.
Elvin Adıgözəl Teleqraf.com-a açıqlamasında deyib ki, hadisəni törədən şəxslər hüquqi-mühafizə orqanları tərədindən saxlanılıb və onların iizahatları alınıb:
"Proses davam edir. Mənim istəyim odur ki, velosiped sürücüləri hüquqi zəmində cəzalarını alsınlar, başqa heç nə tələb etmirəm. Bu hadisə cəmiyyət üçün təhlükəli haldır. Dayanacaqda hansısa yaşlı insan da ola bilərdi. Bu cür davranışlar insanların həyatı üçün təhlükədir".
Hadisə nəticəsində sağ qolu sınan rejissor müalicəsinin davam etdiyini bildirib.
Qeyd edək ki, DİN-in Mətbuat xidmətindən avqustun 25-i axşam saatlarında Elvin Adıgözələ qarşı hüquqazidd hərəkətlər edən E.Əsgərov, C.İsmayılov və Q.Abdullayev polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanıldığı bildirilib.