Xəbər verdiyimiz kimi, aktyor Əlvan Fərmanoğlu ayağının amputasiya edilməsində "Məlhəm" klinikasının həkimi İlqar Hüseynovu günahlandırıb.
Xəstəxanadan Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda xəstəxananın rəhbərliyi bu işlə məşğuldur:
"Məsələ haqqında tezliklə daha ətraflı məlumat veriləcək".
Qeyd edək ki, aktyorun sağ ayağı amputasiya edilib. O hazırda Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzindədir.