"Şuşada Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə əlaqədar Plenum keçirilib".
Bu sözləri Teleqraf.com-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib: "Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bütün bəstəkarları Şuşaya dəvət etdi. Böyük heyətlə Şuşaya yollandıq. Doğma Şuşamızda Firəngiz Əlizadənin təşəbbüsü ilə nəşr edilən
əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının "Şuşa professional musiqidə" adlı kitabı təqdim edildi.
Kitab Azərbaycan bəstəkarlarının Şuşaya həsr edilən əsərlərindən ibarətdir. Mənim də kitabda "Şuşam" adlı əsərim nəşr edilib. Əsərin sözləri Mahirə Nağıqızına aiddir.
Konfransdan sonra Azərbaycan Dövlət Simli Kvartetinin konserti oldu. Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Firəngiz Əlizadə kimi görkəmli bəstəkarların əsərləri səsləndi. Bu şəraiti bizə yaratdığına görə Firəngiz Əlizadəyə və onun həyat yoldaşı Cahangir Zeynalova təşəkkürümü bildirirəm".