Aktrisa Ülviyyə Xəlilbəyli “Xəbərin var?” verilişində "Yalı çapkını" serialına çəkilməsindən danışıb.
Teleqraf.com xəbər verir ki, aktrisa bu sözləri deyib: "Serial çəkilişində mənə qarşı çox böyük diqqət, maraq və simpatiya var idi. Hətta çəkiliş meydançasına gedəndə oradakı xanımlar mənə yaxınlaşıb deyirdilər ki, hamı səndən danışır, biz səni böyük layihələrdə görəcəyik. Çəkiliş meydançasında 80-100 nəfərə yaxın insan vardı. Mənə deyirdilər ki, heç kim onların diqqətini çəkmir, amma haradan keçirsənsə, hamı sənə baxır və maraqlanır".
Aktrisa aparıcının "Sizə bu münasibət aktrisalarda qısqanclıq yaratdımı" sualına: "Təbii ki... Əslində, məni insanlar başqa cür tanıyırlar. Mən söz-söhbətsiz nühitin tərəfdarıyam", - deyə cavab verib.
"Eşitdiyimizə görə, sizi daha qısqanan “Yalı çapkını” serialının baş rol ifaçısı Afra Saracoğlu olub. Hətta sizin onun kadrlarında çəkilməsini istəməyib" sualına cavabda isə aktrisa deyib: “Bu haqda çox danışmaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, hər şey göründüyü kimi deyil. Buradan sevə-sevə izlədiklərimi orada fərqli gördüm. Misal üçün, Mert Ramazanoğlunu sevmirdim. O mənə çox eqolu və yekəxana təsiri bağışlamışdı. Afra Saraçoğlunu isə çox sevirdim. Gedəndən sonra gördüm ki, Mert obrazındakı kimi “çapkın” deyil, çox istiqanlıdır. Afra isə soyuqqanlı və eqoludu. Mən yox, Afra mənimlə ünsiyyət qurdu. Onun bu hərəkəti kəşfiyyat xarakter daşımırdı. Sadəcə olaraq eqosunu göstərdi".
Qeyd edək ki, Ülviyyə Xəlilbəyli serialda Sunayla Abidinin toy səhnəsində epizodik obrazda çəkilib.