“Miss Universe Türkiye 2024” yarışmasının qalibi müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, yarışmanın birincisi 20 yaşlı Ayliz Duman seçilib.
Almaniyada doğulan Ayliz Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək “Kainat gözəli 2024” müsabiqəsində Türkiyəni təmsil edəcək.
Müsabiqədə İlayda Anık 2-ci, Sude Alkan 3-cü, Ezgi Yalçın 4-cü və Menekşe Aras 5-ci yeri tutub.
Qeyd edək ki, 1.75 boyu olan Ayliz ingilis və alman dillərini bilir.