26 Mart 2015 14:47
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elnarə Xəlilova TRT Avaz telekanalının təşkil etdiyi konsert proqramında çıxış edib. Konsert telekanalın yaranmasının 6 illiyi və Novruz Bayramı münasibəti ilə təşkil edilib. Türkiyənin ən məşhur musiqi kollektivlərindən biri olan Enbe orkestrinin müşayiəti ilə keçirilən konsertdə Elnarə səhnəni usta sənətçi Kubatla bölüşüb.

Konsertdən əvvəl TRT Avaza müsahibə verən Elnarə Azərbaycanda keçirilən Novruz adət-ənənələrindən, şirniyyatlarından danışıb. O, bildirib ki, Azərbaycanın ən böyük və qədim tarixə malik Novruz bayramı festival formasında qeyd edilir və bir həftə müddətində davam edir.

Konsertdə səhnəyə “Laçın” mahnısı ilə çıxan Elnarə “Cənnətim Qarabağ” və “Novruz” mahnılarını ifa edib.

Müğənni “Sarı gəlin” mahnısını konsert repertuarından çıxarmalı olub: “Əslində konsertdə mən yalnız xalq mahnıları ifa etməyi düşünürdüm. Lakin təəssüf ki, bir çox xalq mahnılarımız nota köçürülməyib. Enbe orkestri isə mahnını notla məşq etməli idi. Hörmətli professorumuz Azər Dadaşov mahnıları nota köçürdü. Bəstəkar Sevda Məmmədli ilə məşq etdik. Lakin Enbe ilə yalnız üç mahnını hazırlaya bildik. Kubatın son albomunda “Sarı gəlin” mahnısı olduğu üçün onun oxuması məsləhət görüldü. Konsertə dəvət aldığım üçün TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Yıldıray Arslana təşəkkür edirəm”.

Konsertin sonunda Enbe orkestrinin rəhbəri Behzat Gerçeker Elnarə ilə işbirliyindən böyük zövq aldığını bildirib. Konsertdə TRT Avaz telekanalının Türk Dünyasının birliyini əks etdirən “Avaz” adlı mahnıya çəkilən tanıtım videosunun ilk nümayişi də olub. Hər bir türk xalqını təmsil edən müğənninin yer aldığı layihədə Azərbaycanı Elnarə təmsil edib./publika.az/


Müəllif:

Oxşar xəbərlər