30 Mart 2015 20:38
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texnologiya nəhəngi olan Apple şirkətinin icraçı direktoru Tim Kuk ölmədən əvvəl sərvətinin böyük bir hissəsini xeyriyyə qurumuna bağışlayacağını bildirib.

Teleqraf.com xarci mətbuata istinadən xəbər verir ki, Tim Kuk "Fortune" dərgisinə açıqlamasında 10 yaşlı qardaşı oğlunun təhsil xərclərini ödədikdən sonra bütün sərvətini bağışlayacağını söyləyib.

ABŞ-da özəl universitetdə təhsil təxminən 30 min dollara başa gəlir.

Kukun sərvətinin 800 milyon dollar çox olduğu deyilir. Kuk bu qərarıyla Facebook-un qurucusu Mark Zukerberq kimi sərvətlərini yardım qurumlarına bağışlayacaqlarını açıqlayan "super zənginlər" sırasına qatılıb.

"The Giving Pledge" adlı sərvət bağışlama kampaniyasını beş il əvvəl amerikalı milyarder Uarren Buffett və Microsoft-un qurucusu Bill Qeyts başladıb.

Bu kampaniyaya qoşulan zənginlərin sərvətlərinin ən az yarısını yardım qurumuna bağışlamasını nəzərdə tutur. İndiyə qədər 100-dən çox zəngin kampaniyaya dəstək verib.

Qeyd edək ki, Kukun maaşı fevralda 43 faiz artaraq illik 9.2 milyon dollara çatıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər