8 Aprel 2015 16:55
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən Azərbaycan televiziyasını təhqir etməmişəm. Sadəcə bəzi telekanalların zibilxanaya bənzədiyini demişəm”.

Bu sözlərini müğənni Elnarə Xəlilova Teleqraf.com-a açıqlamasında telekanallar haqqında olan fikrinə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, indi efirlərə kimlər gəldi çıxır və ağızlarına nə gəldi danışırlar: “Mənim etirazım televiziya kanallarına çıxan insanlara deyil, onları efirə buraxan televiziya kanallarının rəhbərlərinədir. Bir sıravi tamaşaçı kimi telekanal rəhbərlərinə müraciət edirəm. Mən onlardan normal efir umuram. Normal efir tələb edirəm. Müğənni kimi yox, üç uşaq anası kimi övladlarımın televiziya kanalları vasitəsilə tərbiyələrinin pozulmasının əleyhinəyəm. Bəsdirin, insanların əsəbləri ilə oynadınız! Mən niyə övladlarımı öz telekallarımızdan qorumalıyam? Milli Televiziya və Radio Şurasından artıq dərəcədə xahiş edirəm ki, efirlərdə səslənən müraciətlər, ismarıclar, söyüşlər və təhqirlərə diqqət etsin. Bəzi aparıcılar qonaqları ağladana kimi alçaldır və təhqir edir. Bunlar haqqında ölçü götürüləcək, ya yox?”

Pərvin


Müəllif:

Oxşar xəbərlər