12 Aprel 2015 13:13
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur cütlük - ifaçı Castin Timberlek və Hollivud aktrisası Cessika Bielin övladları dünyaya gəlib.

Cütlüyün oğlu olub. Onlar övladlarının adını Silas Randall Timberlik qoyublar. Hələlik mətbuatda heç bir əlavə məlumat və ya şəkil paylaşılmır. Qısaca olaraq ana ilə oğlunun vəziyyətinin yaxşı olduğu, Justinin isə həddən artıq sevincli olduğu deyilir.

Xatırladaq ki, Castin Timberlek və Cessika Biel cütlüyü 2012-ci ildə ailə qurub. Onların toy mərasimlərinin qeyri-adiliyi isə gəlinin toya çəhrayı gəlinlik paltarı ilə gəlməsi olub. Buna görə, bir çoxları məşhur aktrisaya heyran olsalar da, onu tənqid edənlər də tapılmışdı./anspress/


Müəllif: