12 Aprel 2015 14:05
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Səməd Səmədov özünü ən zövqlü kişi müğənnisi sayıb.

Publika.az-a bu barədə danışan müğənni qarderobuna xüsusi əhəmiyyət verdiyini bildirib:

“Məni tanıyanlar bilir ki, lap cavan vaxtlarımdan geyinib-gecinməyi bacaran kişi olmuşam. Elə indi də beləyəm. Mütləq geyim tamamlanmalıdır. Ayaqqabımla kostyumum, köynəyim, hətta saatım belə uyğun gəlməlidir. Vacib deyil ki, bahalı geyinim, əsas olan səliqəli geyinmək və geyimləri uyğunlaşdırmaqdır. Rəngarəng geyimləri də xoşlayıram. Düzdür, bəzən buna görə mənə irad tuturlar. Guya yaşıma uyğun geyinmirəm və s. Hətta bir dəfə pencəyimə lağ eləmişdilər. Demişdilər ki, Səmədin pencəyi talışların bazar torbasına oxşayır. Amma mən bu fikirlə razılaşmıram. İnsan hər yaşda dəblə ayaqlaşmağı və zövqlü geyinməyi bacarmalıdır”.


Müəllif: