20 Aprel 2015 11:15
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı mərhum müğənni Uitni Hyustonun qızı Bobi Kristina Braun komadan ayılıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kristinanın atası Bobbi Braun Texasda verdiyi konsert zamanı bildirib:

"Bobbi oyandı. O, məni eşidir".

Amma qızın başqa qohumları rəsmən bu informasiyanı təsdiqləməyib.

Kristinanın nənəsi Sissi Hyuston jurnalistlərə etiraf edib ki, nəvəsinin sağalma şansı çox azdır.

Xatırladaq ki, Kristina Braun yanvarın 31-də Atlanta yaxınlığındakı evinin hamamında həyat yoldaşı tərəfindən huşsuz vəziyyətdə tapılmışdı.

Rüstəm


Müəllif: