6 May 2015 18:10
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kamran Ağabalayev: “Filmimizə festivalda çox böyük maraq var idi”

Ötən gün azərbaycanlı aktyorların baş rollarında oynadıqları Türkiyə istehsalı olan “Tərkedilmiş” filmi 17-ci Beynəlxalq Əskişəhər Film Festivalında nümayiş olunub. Bununla yanaşı filmin yaradıcı heyəti ilə görüş və imza günü keçirilib.

Festivalla bağlı təəssüratlarını Teleqraf.com-la bölüşən aktyor Kamran Ağabalayev ekran əsərinin bəyənildiyini bildirib: ““Tərkedilmiş”ə festivalda çox böyük maraq göstərdilər. Çünki son bir- iki ildə Türkiyədə daha çox komediya filmləri istehsal olunub və tamaşaçılar komediyadan beziblər. Hətta komediyanın çox olması insanları da kinoteatrdan qaçırdıb. Ona görə bizim filmə çox böyük maraq oldu, baxanları hamısı bəyəndi, xoş sözlərini bildirdilər. Türkiyənin peşəkar aktyorlarının, rejissorlarının filmi, aktyor oyunumu bəyənməyi ürəyimcə oldu. Onu da deyim ki, film may ayının 15-dən sonra Türkiyə kinoteatrlarında nümayiş olunmağa başlayacaq. Nümayişdən öncə isə filmin festivala düşməsi çox yaxşı hal oldu”.

Məlumat üçün bildirək ki,Türkiyənin “Post Production” şirkəti tərəfindən ekranlaşdırılan “Tərkedilmiş”də azərbaycanlı aktyorlardan Kamran Ağabalayev, aktrisa Könül Nağıyeva çəkilib. Filmin ssenari müəllifi və rejissoru Korhan Uğur, prodüserləri Hakan Ordu, Mustafa Saygın və Alihan Karagüldür.

Nərmin


Müəllif:

Oxşar xəbərlər