Muğam ifaçısı Elnarə Abdullayeva Şamaxının kəndinə çəkdirdiyi 12 bulağın açılışını edib.
Teleqraf.com xəbər verir ki, açılış mərasimində Qobbustan Rayon İcra Hakimi Adil Məmmədov, xalq artisti Alim Qasımov, kinorejissor Əbdül Mahmudov, kənd sakinləri və jurnalistlər iştirak edib.
Xalq Artisti Alim Qasımov jurnalistlərə açıqlamasında bu işin böyüklüyündən danışıb:
"Su paklıq və həyat mənbəyidir. Bu böyük bir işdir. Elnarə balamızda bu işi kəndlərə bulaq çəkdiri. Bizdə fəxr edirik ki, həkarımız, sənətkarımız bu çətin işi öhdəsindən alın açıqlığı ilə gəlib. Ümid edirəm ki, bu bulaq "Elnarə bulağı" kimi tarixə düşəcək. Bir daha təbrik edirəm".
Təəssüratlarını bölüşən Abdullayeva xoşbəxt olduğunu bildirib:
" Uzun zamandır bu an gözləyirdim. Şükürlər olsun ki, bu işi bacardım. Çox xoşbəxtəm. Əslində, bu haqda heç yerdə açıqlama vermək istəmirdim. Məscid tikdirəndə yaxınlarıma tapşırdım ki, heç yerdə məscid tikdirdiyimi deməsinlər. Bu dəfə qardaşım dedi ki, sənin bu addımın bir dəvətdir. Kimlərsə sənə baxıb belə bir addım ata bilər. Allahdan nə istədimsə, mənə qismət etdi. Allahıma minnətdaram".
Qeyd edək ki, xanəndə Elnarə Abdullayeva bu bulaqların çəkilməsinə 200 min manat pul xərcləyib.
Teleqraf.com açılış mərasimindın olan fotoları təqdim edir:
Rüstəm