13 May 2015 10:45
1 438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elgiz Əkbərin tanınmış aparıcı Xoşqədəm Hidayətqızı ilə eyni proqramda iştirakdan imtina etməsi insanlar arasında birmənalı qarşılanmayıb.


Publika.az-ın məlumatına görə, çoxları buna görə Xoşqədəm Hidayətqızını qınayıb. X.Hidayətqızı bu məsələdə özünü günahkar saymır. Xanım aparıcı bununla bağlı özünün “Instagram” səhifəsində belə bir şərh yazıb:

“Kim nə deyir özü bilər. Mən 6 il əvvəl başladığım işi davam etdirirəm. Bu arada Elgizin yeni layihəsi və vaxtı indikindən də əladır. Hər halda o özü buna qərar veribsə, deməli, belədir. Elgiz də, mən də özümüz özümüzü harasa təyin etmirik. Hər ikimiz kanalın maraqlarına önəm veririk”.


Müəllif: