6 İyun 2015 18:01
5 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən gözəl qadınları qarayanız xanımlardır! Əgər inanmırsınızsa, onda "Dünya gözəli" və "Miss Kainat" kimi gözəllik müsabiqələrinin statistikası ilə tanış olun: qaliblərin 90 faizi qarayanız xanımlardır.

Vivyen Li, Avu Qardner, Liz Teylor, Odri Hepbren və Sofi Loren kimi dünya ekranın parlaq ulduzları da qarayanız idilər. Onlar o dövrün ən gözəl qadın adı uğrunda mübarizə aparırdılar. Üstəlik, psixoloqlar da iddia edirlər ki, qarayanız qadınlar daha ehtiraslı, coşqun, şəhvətli və güclü olduqları üçün çox seksual və qeyri-adi xarizmaya malik olurlar. Publika.az-ın “9 don” layihəsi çərçivəsində müasir dövrün ən gözəl qarayanız ulduzlarının siyahısını hazırlamışıq.

Amerikali aktrisa Meqan Foks

Меган Фокс

29 yaşlı aktrisa Meqan Foks dünyanın ən cazibədar qarayanız xanımlarından biri sayılır. Onun gözəl gözlərinə görə, hətta aktyorluq istedadının olmamasını da bağışlayırlar. Skeptiklər və bədxahlar isə Meqanın gözəlliyinin təbiətə və valideynlərinə deyil, cərrahlara borclu hesab edirlər. Bu iddia həqiqətə yaxındır. Düzdür, aktrisa üzündə xırda əməliyyatlar keçirib. Lakin bu əməliyyatlar ciddi dəyişikliyə səbəb olmayıb. Çünki heç bir dahi cərrah müasir gözəllik standartlarına cavab verən belə mükəmməl üz cizgiləri yaratmağa qadir deyil. O, badamı pişik gözləri, ehtiraslı dodaqları, qəşəng qaşları və uzun qara saçları, çəkici almacıq sümükləri sayəsində adını dünyanın ən arzuolunan qadınları siyahısına yazdırıb. Bundan başqa, “Transformer” filmində çəkilən aktrisa seks-simvol statusuna da layiq görülüb.

Ehtiraslı italyan: Monika Belluçi

Моника Беллуччи

Son 20 ildir ki, Monika Belluççi dünyanın ən gözəl qadını titulunu daşıyır. O, bu statusu hələ uzun illər heç kimə verməyəcək! Çünki illər ötsə də, Monika Belluçi təravətini itirmir, onun kamil gözəlliyi kişilərin qəlbini ovsunlamaqda davam edir. Hətta çəki dəyişkənliyi də bizə şübhələnməyə əsas vermir ki, yaxın gələcəkdə onun yerini kimsə əvəz edə bilər. O, qadınsayağı, zərif üz cizgiləri, ağıllı gözləri, ehtiraslı dodaqları, ən nəhayət dolğun bədən quruluşu, ideal gözəlliyi ilə dünyanı fəth edib. Onun xarici görünüşü bütün ölkələrinin gözəllik standartlarına cavab verir. İstisnasız olaraq bütün kişi jurnalları Monikanı dünyanın yaşayan ən seksual qadını adlandırırlar. “Dior” və “Dolce & Gabbana” kimi moda evləri öz reklam kampaniyalarını, Hollivud rejissorları isə filmlərini onsuz təsəvvür edə bilmirlər. O, 50 yaşında da gənc həmkarları ilə rəqabət aparır.

Hind gözəli Ayşvariya Ray

Айшвария Рай

Ayşvariya Ray təkcə Hindistanın ən cazibədar qadını hesab olunmur, o, həm də dünya gözəlidir. Belə ki, o, 1994-ci ildə "Kainat gözəli" müsabiqəsinin qalibi seçilib. Qeyri-standart üz cizgiləri: açıq gözlü, tünd dərili aktrisa Şərqin ən ehtiraslı gözəli də kimi tanınır. Yeri gəlmişkən, Ayşvariya hamiləlikdə 30 kq. kökəlmişdi. Həddindən artıq kökəldiyinə görə, aktrisanın pərəstişkarları onu kəskin tənqid atəşinə tutmuşdu. Yaxşı ki, aktrisa bu tənqidlərdən düzgün nəticə çıxardı və onun gözəlliyinə kölgə salan artıq çəkidən vaxtında xilas ola bildi. Bu gün isə qarayanız gözəl ənənəvi olaraq hər il keçirilən Kann kinofestivalının qırmızı xalısının əsas bəzəyi, tacı hesab olunur.

Ehtiraslı ispan gözəli: Penelopa Kruz

Пенелопа Крус

İspan gözəli Penelopa Kruz Hollivud filmlərində coşqun qadın ampluasında çıxış edir. Mənalı gözləri ilə əks cinsin nümayəndələrini dəli-divanə edən aktrisa İspaniyanın seks-simvolu statusuna malikdir. Nə qədər qəribə olsa da, real həyatda Kruz sakit təbiətlidir.

Ehtiraslı, füsunkar ispan gözəli “Viki Kristina Barselona" filmində Mariya Yelena obrazını o qədər dahiyanə oynamışdı ki, o, bu rola görə "Oskar" qazanmışdı. Aktrisa xarici görünüşü ilə eksperimentlər etməyi xoşlamır. Qaraşın dərisi, qara saçları və qonur gözləri onun vizit kartı hesab olunur. O, təbii gözəlliyini yalnız əbədi klassik makiyajın köməyi ilə vurğulayır.

Braziliya gözəli: Adriana Lima

Адриана Лима

34 yaşlı Adriana Lima “Victorias Secret” brendinin mələklərinin ən seksual modeli hesab olunur. Dünya mətbuatı cazibədar modeli ekzotik gözəlliyini belə ifadə edir: “O, əsl kişi ovçusudur”. Çünki bütün kişilər onun gözəlliyinə sitayiş edir... Kişilər onun gözəlliyi qarşısında həqiqətən də acizdir...

Təsadüfi deyil ki, jurnalların keçirdiyi sorğularda o, dəfələrlə “Dünyanın ən seksual qadını” adına layiq görülüb. O, braziliyalılara məxsus gözəllik standartlarına, gözəl və zərif göstəricilərə malikdir. Qara saçlı, mavi gözlü, ideal qamətli Adriana zəmanəmizin ən arzuedilən qadınlarının biri olmağa layiqdir.

Soyuqqanlı britaniyalı gözəl: Ketrin Zeta Cons

Кэтрин Зета-Джонс

Bir vaxtlar Hollivudun ən nüfuzlu aktyorlarından biri Maykl Duqlas bu ehtiraslı qarayanızın gözəlliyi qarşısında ağlını o qədər itirmişdi ki, arzularının qadını ilə bir yerdə olmaq üçün həyat yoldaşından boşanmışdı. Üstəlik, ona külli miqdarda təzminat vermişdi. Ketrin Zeta-Cons çəkildiyi “Maska Zorro”, “Çikaqo” filmlərindən sonra dövrün əsas seks-simvoluna çevrilmişdi. Bu nikahdan xoşbəxt cütlüyün bir qızı, bir oğlu var.

Meksikalı gözəl: Salma Hayek

Сальма Хайек

Bir vaxtlar ehtiraslı meksikalı gözəl filmlərdə seksual rollara çəkilirdi. Bu gün isə aktrisa Kann kinofestivalının sevilən qonağıdır. Salma Hayek dünyanın ən nüfuzlu milyonçusu Fransua-Anri Pinonun xanımıdır. Yandırıcı gözəlliyi ilə 48 yaşlı Salma illərdir ki, moda jurnallarının səhifələrindən düşmək bilmir. O, yaşlandıqca daha da gözəl olur.

Çin gözəli: Fan Binbin

Фан Бинбин

Fan Binbin Asiyanın ən gözəl qadını hesab olunur. Qitənin ən gözəl qadını məşhur “LOREAL” şirkətinin gözəllik elçisidir. Fan Binbin də Kann kinofestivalının ən çox müzakirə olunan ulduzlarından biridir. Çinli aktrisanın ilahi gözəlliyini Kann festivalının kiçik heykəlciyi ilə müqayisə edirlər.

Rus gözəli: Alsu

Алсу

Alsu tatar əsilli rus gözəlidir. Müğənni 15 yaşında çəkdirdiyi “Зимний сон” klipi ilə Rusiyanın qəlbini fəth etmişdi. 90-cı illərin sonunda çıxan mahnıları hitə çevrilmişdi. Uzun illər o, ölkənin ən çox dinlənilən müğənnilərdən biri sayılırdı, 2000-ci ildə "Eurovision" müsabiqəsində Rusiyanı təmsil edərək 2-ci yeri tutmuşdu.

Alsu Rusiya şou-biznesinə "Lukoyl” şirkətinin top-meneceri olan atasının dəstəyi sayəsində daxil olub. Buna baxmayaraq, o, geniş ictimaiyyət arasında mənfi rəy yaratmayıb. Mavi gözlü, nərmə-nazik qarabuğdayı xanım qısa zaman kəsiyində milyonlarla pərəstişkar qazana bilib. Qazandığı bütün uğurlara baxmayaraq o, müğənnilik karyerası ilə çoxdan vidalaşıb. Bu gün Alsu vaxtının çoxunu öz ailəsinə və övladlarının tərbiyəsinə həsr edir.

Azərbaycan gözəli: Aysel Teymurzadə

Aysel Teymurzadə 2009-cu ildə “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etmişdi. O, əsrarəngiz gözəlliyi ilə hamının sevgisini qazanmışdı. Aysel bu yarışma çərçivəsində keçirilən “Eurovision gözəli” müsabiqəsinin də qalibi seçilmişdi. Müsabiqədən sonra hamı bu qızın kimliyi ilə maraqlanırdı. Əlbəttə ki, Aysel Teymurzadə sözügedən yarışmada ancaq gözəlliyi fərqlənmirdi. Ayselin məlahətli səsi yarışmada onu 3-cü etmişdi. Təəssüf ki, gənc ifaçı karyerası ilə çox tez vidalaşdı. O, parlaq səhnəni isti yuvaya dəyişdi. 1989-cu il təvəllüdlü Aysel Teymurzadə 1973-cü il təvəllüdlü Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla ailəlidir. Cütlüyün bir qızı, bir oğlu var.

Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü ilin noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub, övladı da var.


Müəllif:

Oxşar xəbərlər